Şventekdən üçüncü çempionluq

Şventekdən üçüncü çempionluq

“Rolan Qarros”da qadınların mübarizəsində qalib müəyyənləşib. Polşalı tennisçi İqa Şventek titulu qoruyub.

2020 və 2022-ci ildə Parisdə qələbə qazanan İqa finalda Karolina Muxovanı məğlub edib – 6:2, 5:7, 6:4. Üç setdə üstün olan polşalı karyerasında “Böyük Dəbilqə” yarışlarında dördüncü uğurunu əldə edib. O, 2022-ci ildə “US Open”də bütün rəqiblərindən üstün olmuşdu.

Şventek “Rolan Qarros”da üç və daha çox qələbə qazanan 8-ci tennisçi olub.

ETOPAZ

Əvvəlki yazı

“Kəpəz”də baş məşqçi dəyişikliyi

Növbəti yazı

“Bavariya” Ernandeslə bağlı qərar verəcək