Şventek yarımfinalda
Dünyanın birinci raketkası İqa Şventek Dubay turnirində yarımfinala yüksəlib. Polşalı tennisçi korta çıxmadan 1/4 final səddini adlayıb.
Onun rəqibi Karolina Plişkova yarışı tərk edib. Buna sonuncunun xəstəliyi səbəb olub. Virusa yoluxan Karolina turnirlə vidalaşıb.
İqanın rəqibi 1/4 finalın qarşıdakı matçına bəlli olacaq. O, Koko Qauff və Medison Kizin duelinin qalibi ilə qarşılaşacaq.