Şventek yarımfinalda
İqa Şventek Pekində keçirilən WTA-1000 turnirinin yarımfinalına yüksəlib. O, 1/4 finalda Samsonova Ostapenkoya qalib gəlib.
Dünyanın ikinci raketkasının rəqibi amerikalı Kori Qauff olacaq. Polşalı tennisçi rəqibi ilə bağlı danışıb:
“Mən onu tez-tez meydanda görmürəm. Amma necə oynadığını bilirəm. Oyununda nələrin dəyişdiyini, nəyi yaxşılaşdırdığını bilirəm. Hər şeyi təhlil etməyə çox vaxt sərf etməyəcəm. Düşünürəm ki, ikimiz də yaxşı tennisçiyik. Asan matç olmayacaq. Biz onunla bərabər şərtlərlə mübarizə aparacağıq”.