Şventek hələ də əlçatmazdır
WTA-nın həftəlik reytinq siyahısı açıqlanıb. Cədvəlin lideri dəyişməz olaraq qalıb.
İqa Şventek ən yaxın izləyicisi Ons Caberi ikiqat fərqlə qabaqlayır. “İlk 3-lüy”ü Cessika Pequla tamamlayır.
Ötən həftə ilə müqayisədə “10-luq”da yalnız bir yerdəyişmə olub. Veronika Kudermetova Simona Halepi geridə qoyaraq 9-cu pilləyə yüksəlib.
1 (1). İqa Şventek (Polşa) – 10335
2 (2). Ons Caber (Tunis) – 4555
3 (3). Cessika Pequla (ABŞ) – 4316
4 (4). Koko Qauff (ABŞ) – 3271
5 (5). Mariya Sakkari (Yunanıstan) – 3121
6 (6). Karolina Qarsiya (Fransa) – 3000
7 (7). Arina Sobolenko (Belarus) – 2970
8 (8). Dariya Kasatkina (Rusiya) – 2935
9 (10). Veronika Kudermetova (Rusiya) – 2795
10 (9). Simona Halep (Rumıniya) – 2661