Şventek finalda
Qadın tennisçilərin yekun turnirində yarımfinal cütləri müəyyənləşib. “WTA Finals”da son yarımfinalçı İqa Şventek olub.
Polşalı turnirdəki üçüncü qələbəsini Ons Jaber üzərində qazanıb – 6:1, 6:2. İqa yarımfinalda Arina Sobolenko ilə üz-üzə gələcək.
Digər cütdə ABŞ təmsilçiləri qarşılaşacaq. Kori Qauff və Cessika Pequla finala vəsiqə üçün mübarizə aparacaq.