Şventek finalda
Qadın tennisçilər arasında ilin yekun turnirində ikinci finalçı da bəlli olub. Polşalı İqa Şventek həlledici matça vəsiqə qazanıb.
O, yarımfinalda Arina Sobolenkoya qalib gəlib – 6:3, 6:2. Görüş 1 saat 37 dəqiqə davam edib.
İqa finalda Cessika Pequla ilə görüşəcək. Qarşılaşma sabah baş tutacaq.