Şventek 4 pillə gerilədi
Qadın tennisçilərin WTA reytinqi açıqlanıb. “Top-10”da bəzi dəyişikliklər olub.
4 pillə aşağı yuvarlanan polşalı İqa Şventek dörd tennisçini özündən önə buraxıb. Karolina Plişkova, Paula Badosa, Qarbinye Muqurusa və Mariya Sakkari hərəyə bir pillə irəliləyib. Ons Jaber isə 10-cu sıraya yüksəlib.
1 (1). Eşli Barti (Avstraliya) – 8330
2 (2). Arina Sobolenko (Belarus) – 5698
3 (3). Barbora Kreyçikova (Çexiya) – 5533
4 (5). Karolina Plişkova (Çexiya) – 4452
5 (6). Paula Badosa (İspaniya) – 4429
6 (7). Qarbinye Muqurusa (İspaniya) – 4195
7 (8). Mariya Sakkari (Yunanıstan) – 4071
8 (4). İqa Şventek (Polşa) – 3986
9 (9). Anett Kontaveyt (Estoniya) – 3871
10 (11). Ons Jaber (Tunis) – 3070