Svensson rəsmən “Borussiya”da

Svensson rəsmən “Borussiya”da

“Borussiya” heyətini gücləndirib. Dortmund təmsilçisi “Norşellan”dan icarəyə götürdüyü Daniel Svenssonu birdəfəlik transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Borussiya” Svensson üçün Danimarka klubuna 6,5 milyon avro ödəniş edib.

23 yaşlı futbolçu ilə 2029-cu ilinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, “Dortmund” Daniel Svenssonu yanvar ayında icarəyə götürmüşdü.

ETOPAZ

Əvvəlki yazı

Millimizin oyunu Reykyavikdə

Növbəti yazı

Günün kuponu – 15.05.2025