Sürpriz kupon – 31.10.2025

Sürpriz kupon – 31.10.2025

Standard Liege – Royal Çarleroi QOL/QOL

Belçika çempionatında ardıcıl dörd məğlubiyyətdən sonra ötən tur qələbə qazanan “Çarleroi” səfərdə hücum qurmaqda çətinlik çəkir. “Standard Liege” isə adətən evdə inamlı təsir bağışlamır. Komandanın son oyunlarda göstərdiyi mübarizə futbolçular arasında anlaşma probleminin olduğunu üzə çıxarır. Fikrimcə bu oyunda ən düzgün seçim qol/qol olacaq.

Şanxay Port – Zhejiang ÜST3.5

Çin Super Liqasının lideri son 15 ayda qalib gəlmədiyi rəqiblə qarşılaşır. Qələbəyə həsrət qalan “Zhejiang” son 4 turda məhsuldar heç-heçəylə kifayətlənir. Şanxay təmsilçi adətən evdə xoşbəxtliyi rəqib qapısında axtarır. Məhsuldar nəticəyə mərc gəlmək daha real görünür.

Çenqdu Ronqçenq – Henan 1-ci hissə ÜST1.5
Liderdən cəmi 1 xal geri qalan “Çenqdu” çempionatda qapısında ən az top buraxan komandadır. “Henan” isə əksinə məhsuldar nəticələrlə fərqlənir. Son oyunlarda ilk hissələrdə daha fəal olan qonaqların səfərdə də eyni oyunu göstərəcəyini düşünürəm. Bu səbəbdən riskli olsa belə ilk hissədə iki qol vurulmasına mərc etmək olar.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 31.10.2025

Növbəti yazı

“Kəpəz”ə ağır cərimə