Sürpriz kupon – 31.10.2024
Al Şabab – Al Vehda 1
Matçın favoriti olan meydan sahibləri rəqiblərindən hərtərəfli güclüdür. Bunu turnir cədvəlindəki mövqelər və son oyunlar sübut edir. Məkkə təmsilçisinin paytaxt komandası qarşısında tab gətirəcəyi inandırıcı görünmür.
Cenoa – Fiorentina 2
“Fiorentina” əla formadadı. Florensiyalılar son 7 oyunda cəmi bir dəfə heç-heçə edib qalan matçlarda qələbə qazanıb. Mövsümə uğursuz başlayan “Cenoa”nın möhtəşəm performans sərgiləyən rəqibini saxlaması çətin olacaq. Qonaqların qələbəsinə mərc edirəm.
Komo – Latsio X2
“Latsio” son 7 oyundan cəmi birini uduzub, digər 6 matçı qələbə ilə başa vurub. “Komo” isə 3 oyundur qələbə üzünə həsrətdir. Romalıların bu qarşılaşmadakı qalibiyyətinə ETOPAZ cəlbedici əmsal verir. Özümüzü bir qədər sığortalayıb “Latsio”nun uduzmayacağına mərc edə bilərik.