Sürpriz kupon – 31.10.2023

Sürpriz kupon – 31.10.2023

Ştutqart – Yunion Berlin 2

Berlinlilər həm avrokubokda, həm də bundesliqada arzu olunan nəticələrdən çox uzaqdır. Odur ki, bütün diqqət kuboka yönələcək. Bu görüşdə qonaqların qələbə qazanacağını ehtimal edirəm.

Salernitana – Sampdoria 2

A seriyasında qələbəyə həsrət Salernitana İtaliyanın köklü klublarından Samdporia ilə kubokda üz-üzə gələcək. Çoxları meydan sahiblərini favorit sayır. Məncə, hazırda aşağı liqada çıxış edən Sampdoria sürpriz etməyə qadirdir. Sürpriz kuponda Sampdoriyanın qələbəsinə mərc etmək olar.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 31.10.2023

Növbəti yazı

“Araz-Naxçıvan” “Qarabağ”a qalib gəldi