Sürpriz kupon – 31.08.2024
Adana Dəmirspor – Qalatasaray 2
Çempionlar Liqasının son pley-off oyununda azarkeşlərini məyus edən “cim-bom” bu matçda pərəstişkarlarını fikrimcə sevindirəcək.
Ev sahibləri mövsümə yaxşı başlamayıblar. “Qalatasaray” isə əksinə, maksimum nəticə əldə edib. Aşkar favorit qonaqlardır və yəqin ki, İstanbula qələbə ilə dönəcəklər.
Ştuttqart – Maynts QOL/QOL
Ev sahiblərinin ilk oyunda müdafiədəki problemləri açıq aşkar hiss olundu. Amma, hücum xətti zəif təsir bağışlamır. Qonaqlar da çalışacaq bundan istifadə etsin. Fikrimcə, hər iki komanda fərqlənməyi bacaracaq.
Kayzerslautern – Herta Berlin Cüt şans 1X
Komandaların hazırkı formasını nəzərə alsaq, “Kayzerslautern” daha üstün görünür. Hücumda yüksək performans nümayiş etdirirlər. Doğma stadion da ən azından heç-heçə üçün əlavə motivasiya verəcək. Ona görə də, məncə Cüt şans 1X mərci daha real görünür.