Sürpriz kupon – 31.03.2025

Sürpriz kupon – 31.03.2025

Verona – Parma – 1-ci hissənin nəticəsi – Parma

Matçın favoriti meydan sahibidir. Amma turnir cədvəli Parmadan daha çox qələbə tələb edir. Parmalılar “təhlükəli zona”dan nisbətən uzaqlaşmaq üçün bu görüşdə 3 xal qazanmalıdır. Riskıə gedərək qonaqların matçın ilk hissəsini hesabda öndə bitirəcəyinə mərc edirəm. 3,50 əmsalın doğrulacağına inamım var.

Kopenhagen – Randers – 1-ci hissənin nəticəsi  – Randers

Avrokubok matçları da nəzərə alınmaqla son 5 oyunda cəmi 2 heç-heçə edib, 3-də uduzan Kopenhagen məncə, bütün bunların heyfini Randersdən çıxacaq. Qonaq komanda mğhkəm təsir bağışlasa da, Kopenhagenin artıq ilk yarıda qələbənin əsasını qoyacağını düşünürəm.

Kadiz – Eybar – cüt şans x2

Sequndada32 turdan sonra  hərəyə 44 xal toplayan bu iki komanda turnir cədvəlində 12-13-cü yerləri bölüşdürür. Daha çox heç-heçə “qoxusu” gələn bu oyunda hər ehtimal Eybarın uduzmayacağına mərc edirəm. Aralarındakı son oyunların statistikası da Eybarın Kadizə qarşı uğurlu nəticə qazanacağına işarə edir.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 31.03.2025

Növbəti yazı

“Zirə”dən böyükhesablı qələbə