Sürpriz kupon – 30.12.2025

Sürpriz kupon – 30.12.2025

Al İttifaq – Al Nassr

İstənilən vaxt qol müəllifi və 1X2: Kriştiano Ronaldu və 2

Kriştianu Ronaldu məqsədinin rəsmi oyunlarda 1000 qol həddini çatmaq olduğunu bildirib. Portuqaliyalı ulduz bunun üçün əlindən gələni edir. Səudiyyə Pro Liqasında 10 oyuna 12 qol vuran forvardın özü də, komandası qarşısıalınmazdı. 10 matça 10 qələbə qazanan “Al Nassr”in əsas ulduzunun qolu və ya qolları ilə 8-ci yerdə gedən rəqibini məğlub edəcəyini proqnozlaşdırıram.

Botsvana – Konqo DR Fora 2 və 2.5 ÜST

Motivasiyalı və daha güclü Konqo qrup autsayderi ilə matçda qalib gəlmək üçün var gücünü ortaya qoyacaq. 2026-cı ildə keçiriləcək mundiala vəsiqə qazanmaq üçün əla şansı olan konqolular Yamayka – Yeni Kaledoniya cütünün qalibi ilə martda Meksikada baş tutacaq interkontinental pley-off oyununacan Afrika Millətlər Kubokunda da yaxşı nəticə göstərmək istəyir. Konqonun son 7 oyunu ALT 2.5 gəlib. Sürpriz kuponda bu seriyanın bitəcəyinə və konqoluların inamlı qələbəsinə mərc edirəm.

Mozeruell – Seltik 2

Komandalar arasında keçirilmiş son 5 oyunda “Seltik” qalib gəlib. “Mozeruell” yaxşı mövsüm keçirsə də, Qlazqo təmsilçisinin hədəfləri və gücü hamıya bəllidi. “Seltik” bu matçda qələbə qazanrsa, lider “Harts”la xalları bərabərləşəcək. Qonaqlar bu şansı çətin ki, əldən versin.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 30.12.2025

Növbəti yazı

“Turan Tovuz”da ayrılıq