Sürpriz kupon – 30.12.2024

Sürpriz kupon – 30.12.2024

İpsviç – Çelsi QOL/QOL

“Çelsi” oyunun aşkar favoritidir. Son 2 oyunda cəmi 1 xal qazanan “zadəganlar” üçün autsayderlə görüşdə növbəti xal itkisi yolverilməzdir. Amma məsələ ondadır ki, “İpsviç” “Çelsi” üçün arzuolunmaz rəqiblərdən sayılır. 1992-ci ildən indiyədək “Çelsi” bu komandaya səfərdə qalib gələ bilməyib. Ola bilsin, 30 ildən artıq sürən “tilsim” bu matçda qırılsın. Hətta “Çelsi” qalib gəlsə belə, mən bu onlara asan başa gəlməyəcək. “İpsviç”in azı 1 qol vuracağını düşünürəm.

Aston Villa – Brayton 2,5 ÜST

İlin son matçında hər iki komandanın azarkeşlərinə qarşılıqlı qollarla bayram hədiyyəsi edəcəyini gözləmək olar. Xüsusən də nəzərə alsaq ki, bu komandaların öz aralarındakı əksər oyunlar bol qollu keçib.

Ballimena Yunayted – Qlenavon Cüt şans X2

Şimali İrlandiya yüksək liqasında “Ballimena Yunayted” 21 turdan sonra 6-cı, “Qlenavon” 10-cu yerdədir. Tərəflər arasında 10 xallıq fərq var. Təbii ki, bütü bunlara görə meydan sahibi oyunun favoriti sayılır. Amma məncə, bu dueldə sürpriz nəticə qeydə alınacaq. “Ballimena Yunayted”in 21 oyuna 27 qol buraxan müdafiə xətti rəqibin “işinə yarayacaq” və “Qlenavon” səfərdə azı 1 xal qazanacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 30.12.2024

Növbəti yazı

“Memfis”də ciddi itki