Sürpriz kupon – 30.10.2025

Sürpriz kupon – 30.10.2025

Pafos – AEK Larnaka QOL/QOL

Bu ayın 5-i AEK Larnakanın meydançasında keçirilən qarşılaşmada “Pafos” 4:2 hesablı qələbə qazanmışdı. Rəqiblər 25 gün sonra Kipr Superkubokunun finalında üz-üzə gələcək. Yenə favorit “Pafos”du. Amma qarşılıqlı qolların olma ehtimalı da heç də az deyil.

Kalyari – Sassuolo ÜST 2.5

Komandalar orta hesabla hər oyuna 1 qol vurur və təxminən bir o qədər də buraxır.
Matçın turnir cədvəlində qonşu olan rəqiblər üçün əhəmiyyətini nəzərə alıb ilk növbədə qapıların toxunulmazlığının düşünüləcəyini güman etmək olar. Amma istənilən halda qələbə üçün qollar lazımdı. Sürpriz kuponda bol qollu və məhsuldar bir oyun keçəcəyinə mərc edirəm.

Piza – Latsio 2

A Seriyasında sonuncu dəfə ötən əsrdə çıxış etmiş “Piza” elitaya dönüşündən sonra hələlik 1 qələbə də qazana bilməyib. Təsadüfi deyil ki, komanda turnir cədvəlinin quyruğundadır və B seriyasına qayıtmağa real namizəddir.
“Latsio” son 4 matçda uduzmayıb. “Yuventus” üzərində qazanılan qələbə isə sözsüz ki, Mauritsio Sarrinin yetirmələrinə əlavə ruh yüksəkliyi verib.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 30.10.2025

Növbəti yazı

“Barselona”da ciddi itki