Sürpriz kupon – 30.09.2023
“Bohum” – “Borussiya” (Münhenqladbax) – 2,5 ÜST
Hesabında bir qələbəsi belə olmayan bu komandaların duelindən bol qol gözləmək bəlkə də risklidir. Nəzərə alsaq ki, “Bohum” 5 oyuna cəmi 4 qol vuran kasad hücum xətti var. Amma hər iki komandanın müdafiəsi bərbaddır. Ona görə 2,5 üst variantına güvənmək olar.
“Tottenhem” – “Liverpul” – künc zərbələri – 10,5 ÜST
Premyer liqanın iddialı komandalarının dueli. Kornerlərin sayını müəyyənləşdirmək adətən riskli olur.Amma nəzərə alaq ki, künc zərbələri Britaniya futbolunun əsas elementlərindəndir. Xüsusən də sürətli, aqressiv oyuna üstünlük verən “Tottenhem” və “Liverpul”un duelində azı 11 kornerin vurulacağını təxmin etmək olar.
“Mayns” – “Bayer” -1-ci hissə cüt şans 12
“Qarabağ”ın Avroliqadakı rəqibi bundesliqada autsayderin qonağı olacaq. Məhsuldar bir oyun gözləyirəm. Məncə, ilk yarını tərəflərdən biri hesabda irəlidə bitirəcək.