Sürpriz kupon – 30.09.2022

Sürpriz kupon – 30.09.2022

“Hannover” – “Hamburq” QOL/QOL
“Hamburq” bu mövsüm Bundesliqaya yüksəlməyə əsas namizədlərdən sayılır. Komanda 9 turdan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir. “Hamburq” son 4 görüşünü qələbə ilə başa vurub.
“Hannover” isə turnir cədvəlində 4-cü sıradadır. “Hannover” son 6 matçdan beşində qələbə qazanıb, yalnız birində heç-heçə edib.
Qonaqlar favorit hesab olunsa da, qol\qol daha real variant kimi görünür.

“Radomiak Radom” – “Krakoviya” ÜST 2,5
Hər iki komandanın hesabında 14 xal var və 6-8-ci yerləri bölüşürlər. “Radomiak” son turda “Rakov”a səfərdə 0:3 hesabı ilə uduzmuşdu. Maraqlıdır ki, “Krakoviya” da “Rakov”u eyni hesabla məğlub edib.
Ötən mövsüm “Radomiak” öz meydanında “Krakoviya”ya minimal hesabla uduzub. Hər iki komanda hücum futbolu oynayır, qol vurmağıı bacarır. Odur ki, bu matçda çox qol gözləyirəm.

“Visla Plotsk” – “Piast” 1
Millimizin üzvü Anton Krivotsyukun şərəfini qoruduğu “Visla Plotsk” liderdən 3 xal geri qalır və 4-cü yeri tutur. Amma Plotsk klubu 4 oyundur ki, qələbə qazana bilmir. “Piast”la matç “qara zolaq”dan çıxmaq üçün yaxşı imkan ola bilər.
“Piast” isə son 2 turda bərabərə qalıb.
Bu komandalar arsında son 3 oyunda “Piast” “Visla Plotsk” üzərində qələbə qazanıb. Amma bu dəfə meydan sahiblərindən qalibiyyət gözləyirəm.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 30.09.2022

Növbəti yazı

“Mançester Yunayted”də iki itki