Sürpriz kupon – 30.03.2025

Sürpriz kupon – 30.03.2025

Kalyari – Montsa 2

Məncə İtaliyada günün sürpizi bu oyunda qeydə alınacaq. Son şanslarından yararlanmaq istəyən Montsa Kalyari ilə səfər oyununda qələbə qazanıb, A seriyası ümidini qorumaq istəyəcək. Ötən mövsüm heç bir oyunda rəqibinə uduzmayan Montsa bu görüşdə favorit göstərilimir. Bu da turnir cədvəlindəki vəziyyətlə bağlıdır. Amma sürpriz axtarışında olduğumuzu nəzərə alsaq, risk etməyə dəyər. Stastistika da qonaqların uduzmayacağını deyir.

Lill – Lans 3,5 ÜST

Çempionlar liqasında mübarizəni dayandırdıqdan sonra Lill bütün diqqətini Fransa liqasına yönəldib. Ötən tur səfərdə Nanta uduzan meydan sahibləri bu dəfə Lansı qonaq edəcəklər. Hədəf 3 xaldır. Çempionlar liqasına yenidən vəsiqə qazanmaq üçün başqa yol yoxdur. Odur ki, Lillin açıq futbol oynacağını və qarşılaşmanın bol qollu keçəcəyini təxmin edirəm. Düşünürəm ki, bizi qol şousu gözləyir. Lansın da bunu yaxşı bacardığını düşünsək, azı 4 qol vurulacağını ehtimal edə bilərik.

Neymegen – AZ Alkmaar 2

Orta sıralarda yer alan Neymegenin demək olar ki, heç bir iddiası qalmayıb. Az Alkmaar isə əksinə… Avrokubok, xüsusən Çempionlar liqası iddiasını qorumağa, sona qədər mübarizə aparmağa çalışır. Avroliqada sürpriz nəticələrlə yadda qalan “Eredivise”də Alkmaar ardıcıl 2 oyunda xal itiriblər. Lakin, son turda lider Ayaksla səfər heç-heçəsi uğurlu nəticə sayıla bilər. Onlar bu uğurun davamını Neymegenlə görüşdə də gətirməyə çalışacaqlar. Düşünürəm ki, bacaracaqlar!

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 30.03.2025

Növbəti yazı

Premyer Liqada 100-cü, evdə 50-ci