Sürpriz kupon – 30.01.2026

Sürpriz kupon – 30.01.2026

Latsio – Cenoa 1

Günün kuponunda da qeyd etdiyim kimi, Latsio üçün Cenoa qələbə qazanmaq üçün münasib rəqibdir. Statistika da Latsio deyir. Məncə Latsio rahat qələbə qazancaq. Günün kuponunda riski azaldaraq, 1X ehtimalını təklif etmişəm. Amma sürpriz kuponda Latsio qalib gələcək mərcini oynamaq olar.

Kasımpaşa – Samsunspor 1

Qış fasiləsində Kasımpaşa xeyli güclənib. Onları ötən tur Trabzon səfərində də gördük. Trabzonspor çətinliklə qalib gələ bildi. Düşünürəm ki, Samsunspor bunu bacarmaz. Əmsallar onları şansı görsə də, Kasımpaşanın süpriz edəcəyinə inamım böyükdür.

Qəbələ – İmişli 2,5 ÜST

Qış fasiləsindən sonra Qəbələ Şamaxını 4 cavabsız qolla məğlub etməyi bacardı. Özü də səfərdə. Düşünürəm bu dəfə də onlar qələbə üçün oynayacaqlar. İmişli də xoş sözlərə layiqdir. Xüsusən hücum xətti. Çoxları əksini düşünsə də, sürpriz olacağını və matçda azı 3 qolun vurulacağını güman edirəm.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 30.01.2026

Növbəti yazı

Həftənin futbolçusu bəlli oldu