Sürpriz kupon – 30.01.2022
“Derbi” – “Birminqem” – 2,5 alt
Tərəflərin 4 ay əvvəlki qarşılaşması qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Amma bu oyun ərəfəsində “Derbi” haqqında nikbin danışmağa əsas yoxdur. Ueyn Runinin komandası 23-cü pillədə qərarlaşıb. 18-ci sırada olan “Birmingem”in də vəziyyəti yaxşı deyil. Hər iki komandanın hücüm xətti zəif təsir bağışlayır. Məncə, bu matç üçün ən doğru mərc seçimi 2,5 alt dır.
“Kardiff” – “Nottingem Forest” – 2
“Kardiff” elə də yaxşı sezon keçirmir. Komanda autsayderlərlə qonşudur. Son 5 oyunda cəmi 4 xal qazanıblar. Rəqiblərin qarşılaşmasında üstünlük “Nottingem Forest”in tərəfindədir. Son 5 oyunda 4 qələbə, 1 heç-heçə. (0) məğlubiyyət. Bu dueldə məhz nottingemlilərin qalib gələcəyini düşünürəm.
“Standard” – “Mexelen” – qol /qol
Mövsümü inamsız keçirən “Standard” bir neçə oyundur özünə gəlib. Xal ehtiyatını artıraraq təhlükəli zonadan biraz aralanıblar. Son 2 matçda 4 qol vurublar: “Eupen” (2:0) və “Brüqqe” (2:2). “Mexelen” də stabil oynamır. Qələbə və məğlubiyyətlər bir-birini əvəzləyir. İlk “altılığ”a düşməyə can atırlar. Hər iki komandanın qələbə qazanacağı mümkündür. Amma risk etmədən qol/qol variantını seçsək, yaxşı olar.