Sürpriz kupon – 29.12.2025

Sürpriz kupon – 29.12.2025

Midlsbro – Hall Siti ÜST 2.5

Liderdən 8 xal geri qalan “Midlsbro” ardıcıl 2 matçda məğlubiyyət acısı yaşayıb. Son turlar səfərdə daha inamlı təsir bağışlayan “Hall Siti”nin məğlub olacağına inanmıram. Turnir cədvəlində 3-4-cü yerləri bölüşən qonaqların ən azı 1 xal qazanacağına düşünürəm. Fikrimcə bu oyunda məhsuldar nəticə qeydə alınacaq.

Milluoll – Bristol Siti ÜST2.5

Çempionşipdə qonşu pillələrdə qərarlaşan komandaların eyni xalı var – 36. Son 4 matçda 2 xal qazanan meydan sahibləri mövqeyini zəiflədib. İndi “Milluoll” doğma azarkeşləri önündə bəraət almağa çalışacaq. Hər iki tərəf qələbə üçün qol vurmağa məcbur olduğundan üst2.5 seçimi daha real görünür.

Norviç Siti – Uotford ÜST2.5

Yarışı tərk etmək təhlükəsiylə üzləşən “Norviç” onun üçün uğurlu rəqib sayılan “Uotford”u qəbul edəcək. Ötən 4 turda 8 xal qazanan meydan sahibləri uğurlu seriyanı davam etdirməyə çalışacaq. Maraqlıdır ki, qonaqlar da son 5 turda kifayət qədər yaxşı nəticələr əldə edib. Qarşılıqlı hücumlar gözlədiyim oyunda məhsuldar nəticəyə mərc etməyi risksiz hesab edirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 29.12.2025

Növbəti yazı

Ake “Barselona”nın hədəfində