Sürpriz kupon – 29.12.2024

Sürpriz kupon – 29.12.2024

Milan – Roma – QOL/QOL

Son 2 oyunda qələbə qazanan Roma nisbətən özünə gəlib. Hazırda 10-cu sırada olan paytaxt klubu 8-ci yerdəki Milandan 7 xal geri qalır. Milan oyunun favoriti sayılsa da, romalıların onlara problem yaradacağını düşünürəm. Milana qarşı son 3 oyunda uduzmayan Roma bu dueldə də azı 1 xal qazana bilər. Milanın da hücum potensialını nəzərə alsaq, qol/qol gözlənilən variantdır.

Yuventus – Fiorentina – 2,5 ALT

Turnir cədvəlində eyni xalla 5-6-cı yerləri bölüşən komandaların dueli. Tərəflərin öz aralarındakı son 9 qarşılaşmanın hamısında 2,5 alt qeydə alınıb. Hər iki komandanın 17 turda eyni sayda – 13 top buraxdığını nəzərə alaraq 2,5 varlantına mərc edirəm.

Vest Hem – Liverpul – QOL/QOL

Liverpul premyer liqada inamla liderlik etsə də, səfər matçlarında qol buraxmağa adət edib. “Qırmızılar” son 7 səfər görüşünün hamısında qapısında qol görüb. O başqa məsələ ki, bu qolların cavabını artıqlaması ilə verib. Vest Hemlə aralarındakı son 5 dueldə də qarşılıqlı qollar vurulub. Məncə, bu matçda da belə olacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 29.12.2024

Növbəti yazı

Emrelidən növbəti uğur