Sürpriz kupon – 29.12.2022

Sürpriz kupon – 29.12.2022

Sivasspor – Qalarasaray 2 

Dalbadal 4 qələbə qazanaraq Super Liqada liderliyə yüksələn “Qalatasaray” favoritdi.

Son turda səfərdə “Kasımpaşa”nı məğlub edən “Sivasspor”un işləri isə o qədər də yaxşı getmir. Komanda elitadakı yerini qorumağa çalışır və cari mövsümdə evdə hələlik yalnız bir qələbə qazanıb. Bu da “Giresunspor”la oyuna təsadüf edib.

Son səfər matçında “Başakşehir”in qapısından 7 cavabsız qol keçirən “Qalatasaray”ın qələbə qazanacağını düşünürəm. 

Giresunspor – Qaziantep ALT 2.5

Komandalar məhsuldar oyun sərgiləyir. Həm çox qol vurur, həm də müdafiədə etibarlılığı ilə seçilmir. Amma bütün seriyalar gec-tez qırılmalıdı. Buna görə də risk edib ALT 2.5 variantına mərc etmək olar.

“Beşiktaş” – “Adanademirspor” QOL/QOL

“Beşiktaş” həm məhsuldar futbol sərgiləyir, həm də öz qapısına çox qol buraxır. Performarmansı ilə diqqət çəkən “Adanademirspor” hazırda “ağ-qaralar”dan 4 xal çox toplayıb və 4-cü yerdədir. Qarşılıqlı qolların olacağını güman edirəm.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 29.12.2022

Növbəti yazı

İdmançılarımızın 2022-ci ildə qazandığı medalların sayı açıqlandı