Sürpriz kupon – 29.12.2021
“Ridinq” – “Fulhem” – qol/qol
“Cempionşip”in lideri “Fulhem” ardıcıl 5 turdur xal itirməklə hər dəfə proqnozları alt-üst edir. Bəlkə də artıq rəqiblərin çatdığını görüb “Fulhem” nəhayət, bu tur oyuna ciddi yanaşacaq. Amma yenə ehtiyatı əldən verməyək : “Ridinq” qol vurub-buraxmağı “sevən” komandadır. Ona görə qol /qol variantının üzərində dayanıram.”Brentford” – “Mançester Siti” – 2
Sadəcə, uduşu, əmsalı artırmaq üçün bu oyunu kupona əlavə etmək olar. Yəni, “Mançester Siti” nin bu oyunda qələbəsinə o qədər əminəm ki, müzakirəsiz “oyun 2” deyib keçirəm.
“Çelsi” – “Brayton” – yox /qol
19 oyunda 13 qol buraxan “Çelsi”nin müdafiəsi nə qədər xoş sözlərə layiqdirsə, 17 turda cəmi 16 qol vuran “Brayton”un hücumu o qədər tənqidi haqq edir. Belə hücumla onların Tomas Tuxelin komandasına qol vuracağı inandırıcı deyil. Özü də “Stemford Bric”də… Nəzərə alaq ki, “Brayton” indiyədək “Çelsi”yə səfərdə qol vura bilməyib.