Sürpriz kupon – 29.11.2025
Monako – PSJ 2
Fransa çempionatının lideri Monako Krallığına yollanacaq. Evdə “Tottenhem”i 5-3 hesabıyla üstələyən Paris klubu rəqib üzərində uğurlu seriyaya malikdir. Son 5 oyundan yalnız birində heç-heçə qeydə alınıb (0-0). Digər oyunlarda PSJ “Monako”nu asanlıqla üstələyib. Geniş heyətə malik qonaqların sürprizə imkan verməyəcəyini düşünürəm.
Barselona – Alaves 1-ci hissə ÜST1.5
Doğma Nou Kamp arenasına qayıdan kataloniyalılar lider “Real”dan 1 xal geri qalır. Kral klubunun hazırlı vəziyyətini nəzərə alaraq “Barsa”ya xal itirmək çempionatın sonunda problem yarada bilər. Çempionlar Liqasında “Çelsi”yə 0-3 hesabıyla uduzan “Barsa” məğlubiyyətin acığını “Alaves”dən çıxmağa çalışacaq.
İmişli – Sabah QOL/QOL
Liderlər qrupuna yaxınlaşan paytaxt klubu səfərə qələbə arzusuyla yollanıb. “Neftçi” üzərində qələbədən sonra ruhlanan “İmişli” isə doğma azarkeşlər önündə növbəti qəhrəmanlığa imza atmaq fikrindədir. Çempionatın əvvəlində debütant Bakıda “Sabah”a 1-0 hesabıyla qalib gələrək sensasiyaya imza atıb. İndi paytaxt klubu revanş almaq fikrindədir. İmişli səfərinin asan olmayacağı dəqiqdi. “Sabah”ın xal itirməyəcəyinə inanmıram. Fikrimcə tərəflər meydanı qolsuz tərk etməyəcək.












