Sürpriz kupon – 29.10.2024
Aqrikola Borsea – Petrolul Ployeşti 2.5 ÜST
Rumıniya Kubokunda ilk mərhələnin oyunlarına mərc etmək təklif olunur. Bu komandalar yalnız bir dəfə, o da kubok matçında üz-üzə gəlib. 2017-ci ilə təsadüf edən həmin oyunda “Petrolul” 4-1 hesablı qələbə qazanıb. Ona görə hazırda üçüncü liqa təmsilçisi olan “Agrikola Borsea”nın sürpriz edəcəyinə inanmıram.
Munisipal Studentesk – Uta Arad 2.5 ÜST
Meydan sahibləri evdə çox yaxşı mübarizə sərgiləyir. Rəqibdən asılı olmayaraq doğma stadionda meydanı qolsuz tərk etmirlər. “Uta Arad” son 5 oyunda 3 qələbə qazanmaqla yanaşı, qol vurmağı bacardığını da nümayiş etdirib. Etiraf edim ki, kubok turniri olduğundan 2.5 Üst riskli mərc kimi görünür.
Arqeş Piteşti – ÇFR Kluj 1-ci hissə – 1.5 ÜST
Aydın məsələdir ki, “ÇFR Kluj” favorit sayılır. 2008-ci ildən etibarən qonaqlar “Arqeş Piteşti” üzərində rahat qələbələr qazanıb. Bütün tarixi boyu meydan sahibləri “Kluj”u dayandırmağı bacarmayıb. Bu səbəbdən ilk hissədə 2 qol vurulacağına mərc etməyi riskli saymıram.