Sürpriz kupon – 29.09.2025
Cenoa-Latsio 2
3 məğlubiyyətdən sonra “Latsio” nəhayət cari mövsüm A seriyasında ilk qələbəni qazandı. Yeni mövsümdə 2 xal toplamağı bacaran “Cenoa”da heyətlə bağlı problemlər həll olunmayıb. Son iki ildə olduğu kimi bu dəfə də qonaqların qalib olacağını düşünürəm. “Latsio” zəif rəqiblə matçda fürsəti əldən verməyəcək.
Beşiktaş-Kocaelispor 1
Startda 3 qələbə və 2 məğlubiyyətlə azarkeşləri həyəcanlandıran “Beşiktaş” autsayderi qəbul edəcək. 6 turda qələbəyə həsrət qalan qonaqların bu turda da sevinəcəyinə inanmıram. Maliyyə sıxıntıları olan “Kocaelispor”un yeni mövsümə tam hazır olmadığı məlumdu. Ona görə “Beşiktaş”ın fürsəti dəyərləndirəcəyini fikirləşirəm.
Leqanes-Kastellon QY
Etopaz İspaniyada ikinci liqaya mərc etməyi təklif edir. Düz 31 ildi “Kastellon” “Leqanes”ə uduzmur. Bərabər səviyyəli rəqiblərin duelində aşkar favorit olmadığı məlumdu. Hər iki komanda hücum vəziyyətini düzgün dəyərləndirməkdə çətinlik çəkir. Ona görə komandalardan hər ikisinin fərqlənəcəyinə inanmıram.












