Sürpriz kupon – 29.07.2025

Sürpriz kupon – 29.07.2025

Srvena Zvezda – Linkoln Red İmps ÜST2.5

Səfərdə cəmi 1 qolla qələbə qazanan Belqrad klubu indi cavab matçına çıxacaq. Qonaqların mərhələ adlayacağına inanmaq sadəlövlük olar. Səviyyə və təcrübə baxımından daha üstün olan “Srvena Zvezda”nın inamlı qələbə qazanacağını düşünürəm. Fikrimcə qonaqlar darmadağından xilas ola bilməyəcək.

Zrinyski Mostar – Slovan Bratislava ÜST2.5

Evdə 4-0 hesablı qələbə qazanan Bratislava klubu demək olar cütün taleyini həll edib. Meydan sahiblərinin ilk məğlubiyyətin əvəzini çıxmaq şansları yüksək görünmür. “Zrinyski” sadəcə evdə təsəlli qələbəsini qazana bilər. Amma “Slovan”ın səfərdən qolsuz qayıdacağına inanmıram. Ona görə ÜST2.5 seçimi risksiz görünür.

İberia – Levadiya 2-ci hissədə daha çox qol vurulacaq

Estoniyadakı ilk oyunda 1-0 hesablı qələbə qazanan “Levadiya”nı səfərdə çətin mübarizə gözləyir. Gürcülər səfərdəki məğlubiyyətin əvəzini çıxmaq üçün maksimum diqqətli oynayacaq. İlk hissədə tərəflərin risk etməyəcəyini düşünürəm. Fasilədən sonra isə “İberiya” bütün heyətlə irəli atılmağa məcbur olacaq. Ona görə ikinci hissədə daha çox olacağını fikirləşirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 29.07.2025

Növbəti yazı

Donçiçdən yeni müqavilə