Sürpriz kupon – 28.12.2025
Sanderlend – Lids Yunayted – 1-ci hissə – 2
Hazırda Sanderlend premyer liqada 7-ci, Lids Yunayted 16-cı sırada olduğundan qonaqların qələbəsi riskli görünür. Məni daha çox təəccübləndirən isə bu oyuna görə bukmekerlərin təklif etdikləri əmsallardır. Hazırki vəziyyətə görə Sanderlendin qələbəsinə 2,54 əmsalın verilməsi “şübhəlidir”, normalda belə yüksək olmamalıdır. Fikrimcə, favorit komandanın qələbəsinə 2,54 əmsal “şirnikləndirici” ola bilər. Ona görə riskə gedərək bunun əksinə mərc edirəm. Hətta daha çox riskə gedərək yekun nəticədənsə, 1-ci hissəni Lidsin hesabda irəli bitirəcəyini düşünürəm.
Əlcəzair – Burkina Faso – 2-ci hissə cüt şans 12
Komandalar Afrika Millətlər Kubokuna qələbə ilə başlayıb. Burkina Faso Ekvatorial Qvineyaya 2-1, Əlcəzair millisi isə Sudan 3-0 hesabı ilə qalib gəlib. Yəni, hər iki tərəfin hücum sarıdan ciddi problemi yuoxdur. Öz aralarındakı son 5 dueldən 4-də də azı 2 qol qeydə alınıb. Bu görüşün də qolsuz keçəcəyini düşünmürəm. Məncə, 2-ci hissə tərəflərdən birinin hesabda üstünlüyü ilə yekunlaşacaq.
Atalanta – İnter – 1-ci hissə cüt şans 12
A seriyasının liderini Berqamoda çətin oyun gözləyir. Hər iki komandanın hücum potensialını nəzərə alsaq, fasiləyə komandalardan birinin hesabda üstün gedəcəyini təxmin edirəm.













