Sürpriz kupon – 28.11.2025
Kəpəz – Zirə ÜST 2.5
Azər Bağırovun gəlişindən sonra sonuncu pillədən qurtulmağı bacaran “Kəpəz” hələ də ev oyunlarını Gəncədə keçirə bilmir. Yevlaxda baş tutacaq görüşün favoriti “Zirə”dir. Ötən tur bərbad süni ot örtüyü ilə diqqət çəkən Yevlax stadionunda “Karvan Yevlax”ı məğlub edən gəncəlilərin bu tur sürpriz etmək şansı var.
Hər iki komandanın xallar qazanmaq üçün hücuma atılacağı oyunda qarşılıqlı qollar gözləməyə dəyər.
Borussiya M. – Leypsiq 2
“Borussiya” ardıcıl qələbələri sıralayır və yaxşı formadadır. Amma “Leypsiq”in iddiaları və heyəti fərqlidir. Bundesliqada 2-ci yerdə gedən Ole Vernerin yetirmələri iddiasını qorumaq üçün belə matçlarda xal itirməməlidir. Daha yaxşı heyətə malik qonaqların qələbəsinə mərc edirəm.
Almaniya Q. – İspaniya Q. QOL/QOL
Millətlər Liqasında qadınlar arasında finalın favoriti İspaniyadır. Almaniyada keçiriləcək ilk matçda meydan sahibləri səfərə yaxşı nəticə ilə getmək üçün var gücünü ortaya qoyacaq. Zənnimcə, bu qarşılaşmadan qarşılıqlı qollar gözləməyə dəyər.












