Sürpriz kupon – 28.11.2024
Latsio – Ludogorets birinci hissə ÜST1.5
Avropa Liqasında ən çox xal toplayan “Latsio” indi evdə meydana çıxacaq. 4 oyunda 12 xal toplayan İtaliya klubu liderliyini davam etdirir. Maraqlıdır ki. “Latsio” indiyə qədər heç vaxt “Ludogorets”i qalib gəlməyib. Bolqarların hücum futbolunu sevməsi riskli mərc etməyə imkan verir.
Beşiktaş – Makkabi Tel-Əviv 1
Ölkəsindəki vəziyyətlə əlaqədar oyunları başqa meydanda keçirən “Makkabi”nin oyununda da geriləmə var. Qonaqlar cari mövsüm Avropa Liqasında xal toplamayan iki kollektivdən biridir. Türkiyə təmsilçisinin evdə qələbəsi gözlənilməz olmayacaq. Ona görə “Beşiktaş”ın qələbəsinə mərc gəlmək olar.
Dinamo Kiyev – Viktoriya Plzen “Dinamo” və QOL/QOL
Kiyev klubu növbəti oyunu Hamburqda keçirəcək. Bütün oyunlarda məğlub olan “Dinamo” Avropa Liqasının Liqa mərhələsində qol hesabını açmayıb. Müharibə şəraitində olan həmyerlilərini qələbəylə sevindirməyə çalışan “Dinamo”yla bağlı mərc riskli görünür. Sürpriz kuponda hər iki komandanın fərqlənməsi və “Dinamo”nun qələbə qazanması 4.50 əmsal qazandırır. Risk edib-etməyəcəyinizi özünüz müəyyənləşdirin.