Sürpriz kupon – 28.10.2025

Sürpriz kupon – 28.10.2025

Auqsburq – Boxum 1

İkinci bundesliqada çıxış edən “Auqsburq” üçün “Boxum” uğurlu rəqib sayılmır. Amma meydan sahibləri kubok oyunlarında daha əzmkar mübarizəylə seçilir. Doğma stadionda “Bohum”un şanslarını yüksək qiymətləndirmirəm. “Auqsburq”un evdə minimal hesabla üstün olacağını düşünürəm.

Qrimsbi Taun – Brentford QOL/YOX

EFL Cup-da 1/8 final başlayır. Qonaqlar 3 əsas futbolçusu olmadan meydana çıxacaq. Bununla belə meydan sahiblərinin qol vurmaqdan çox qapını qorumaq barədə düşünəcəklərini fikirləşirəm. Bu səbəbdən “qol yox” üzərindən mərc gəlməyi təklif edirəm.

Vikombe Vonderers – Fulhem ALT2.5

Premyer Liqada ardıcıl məğlubiyyətləri sıralayan “Fulhem” səfərdə sərfəli nəticə uğrunda mübarizə aparacaq. Məqsəd bu mərhələni keçməkdi. Zəif rəqibə qarşı oynamasına baxmayaraq “Fulhem”in ehtiyatı əldən verəcəyini düşünmürəm. Ona görə seçimim alt2,5 olacaq.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 28.10.2025

Növbəti yazı

Millimiz böyük hesabla məğlub oldu