Azərbaycan klubları dünya reytinqində: “Qarabağ” 81-ci pillədə
Sürpriz kupon – 28.10.2022
“Karagümrük” – “Qalatasaray” QOL/QOL
İddialı Cim Bom hazırda zəif təsir bağışlayır. Təsadüfi deyil ki, “Qalatasaray” 18 xalla 8-ci yerdədir. Qonaqların oyunu istədiyi kimi alınmır. Meydan sahibləri cəmi 3 qələbə qazanıb. Son iki matçda qələbə qazanan “Karagümrük” uğurlu seriyanı davam etdirməyə çalışacaq.
“Genk” – “Mexelen” 1
Etopaz Belçika çempionatında 12-ci turun açılış matçını təqdim edir. Lider “Genk” turnir cədvəlinin ortalarında qərarlaşan “Mexelen”i qəbul edir. Ardıcıl 7 matçda qələbə qazanan “Genk” doğma meydanda uğurlu seriyanı davam etdirməyə çalışacaq.
“Fortaleza” – “Koritiba” QOL/QOL
Braziliya çempionatında bu klublar arasında 10 xal fərq var. Daha üstün mövqedə olan “Fortaleza” yayda “Koritiba”ya 1-2 hesabı ilə məğlub olub. İndi revanş üçün fürsət yaranıb. Amma son oyunlar meydan sahibləri evdə inamlı təsir bağışlamır.