Sürpriz kupon – 28.09.2023

Sürpriz kupon – 28.09.2023

“Selta” – “Alaves” 1
Son 4 ildə baş tutan bütün duellərdə “Selta” qələbə qazanıb. Ardıcıl iki turda xalsız qalan meydan sahiblərinin bu dəfə sevinəcəyini düşünürəm. Üstəlik qonaqların heyətində itkilərin olduğunu unutmayaq.

“Qranada” – “Real Betis” ÜST2.5
Qonaqları matçın favoriti hesab edirəm. Getdikcə oyun baxımından artıran “Real”ın müdafiədə ciddi problemi var. Məhz buna görə ilk 6 oyunda 11 dəfə mərkəzə dəvət olunublar.

“Osasuna” – “Atletiko” 2
Madrid təmsilçisinin uğurlu seriyası var. Ardıcıl 10 görüşdə “ Osasuna”nı məğlub edib. Meydan sahibləri üçün “Atletiko” uğursuz rəqib sayılır. 9 il ərzində bu uğursuzluğa son qoymaq olmur.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 28.09.2023

Növbəti yazı

“Milan” yeni stadion üçün hazırlıqlara başladı