Sürpriz kupon – 28.08.2024
İstanbul Başakşehir – Sent-Patriks QOL/QOL
Azərbaycan təmsilçisi “Sabah”ı mübarizədən kənarlaşdıran “Sent-Patriks” indi Türkiyədə sınaqdadı. İlk oyunda qapılara qol vurulmadığından cütün taleyi cavab matçında həll olunacaq. Türkiyə təmsilçisinin minimal hesablı qələbəsinə güvənirəm. Bununla belə qol/qol seçimi daha etibarlı görünür.
Qent – Partizan ALT2.5
Səfərdə 1-0 hesablı qələbə qazanan Belçika klubu evdə rahat mübarizə aparacaq. “Qarabağ”la matçlardan yaxşı xatırladığımız meydan sahibləri evdə hücumda daha təhlükəli olur. Bununla belə “Partizan”ın rəqibə istədiyi oyunu sərgiləməyə imkan verməyəcəyini düşünürəm. Bu oyundan məhsuldar hesab gözləmirəm.
Slaviya Praqa – Lill 2
UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab matçı. İlk oyunda 2-0 hesablı qələbə qazanan Fransa klubu indi Çexiyada mübarizə aparacaq. Maraqlıdır ki, indiyə qədər keçirilən bütün matçlarda “Lill” qələbə qazanıb. “Slaviya” uğursuz seriyaya son qoya bilməyəcək. Unutmayaq ki, Praqa klubunun heyətində 9 futbolçu meydana çıxa bilməyəcək. “Lill”dən ikinci oyunda da qələbə gözləmək realdı.