Sürpriz kupon – 28.06.2023
İngiltərə (U-21) – Almaniya (U-21) – QOL/QOL
İngilislər ilk 2 turda 4 qol vursa da, qapısından top buraxmayıb. Fikrimcə, almanlar onlara turnirdə qol vuran ilk komanda olacaq. Bu komandaların əksər duelləri qarşılıqlı qollarla keçib. Məncə, bu dəfə də belə olacaq.
İsveçrə (U-21) – Fransa (U-21) – 1-ci hissə cüt şans 12
Qrupun son oyununun məhsuldar keçəcəyini təxmin edirəm. İsveçrəyə mütləq qələbə lazımdır, Fransa da “əlini aşağı salıb dayanan” deyil. Məncə, 1-ci hissə bitəndə hesabda bərabərlik olmayacaq.
İtaliya (U-21)– Norveç (U-21) – QOL/QOL
Norveç pley-off şansını demək olar ki, itirib. İtaliya isə qələbə qazanacağı halda 1\4 finala çıxacaq. Hətta heç-heçə də onları pley-offa daıya bilər, bir halda ki, qrupun digər matçında İsveçrə Fransaya məğlub olsun. Bu matçın nəticəsi Norveç üçün ciddi əhəmiyyət daşımasa da, fikrimcə, onlar italyanlara azı 1 qol vuracaq.