Sürpriz kupon – 28.05.2024

Sürpriz kupon – 28.05.2024

Əl Cabaleyn – Əl Batin X

Səudiyyə Ərəbistanının 1-ci liqasında mövsümün son turu. Hər iki komanda üçün nəticənin əhəmiyyəti yoxdur. İndiyədək bu komandalar 3 dəfə qarşılaşıb, hamısında da heç-heçə qeydə alınıb. Məncə, nəticəsi ciddi əhəmiyyət daşımayan bu oyunda da qalib olmayacaq.

Əl Feysəli – Əl Orubah QOL/QOL

“Əl Orubah” son turda qələbə qazanarsa, 1-ci liqanı ikinci sırada bitirə bilər. Bir şərtlə ki, hazırda ikinci yerdə olan “Kholod” komandası son turda qalib olmasın. “Əl Feysəli” isə çempionatın ən məhsuldar komandalarından biridir. Bu səbəbdən qarşılıqlı qollara ümid edirəm.

Gimçeon Sanqmu – Seul Cüt çans X2

Koreya yüksək liqasında hazırda 3-cü yerdə olan “Gimçeon Sanqmu” sonuncu dəfə 1-ci dövrədə elə bu “Seul”a uduzub. Ondan sonra komanda ardıcıl 10 oyundur uduzmur. İndi tərəflər 2-ci dəfə üz-üzə gəlir. 9-cu yerdə olan “Seul”un lider qarşısında şansı yüksək qiymətləndirilməsə də, onlardan sürpriz gözləyirəm. Azı 1 xal!

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 28.05.2024

Növbəti yazı

“Şamaxı” Premyer Liqaya qayıtdı, “İrəvan”a lisenziya verilmədi