Sürpriz kupon – 28.05.2023

Sürpriz kupon – 28.05.2023

“Yuventus” – “Milan” Q-Q

Bu çempionatda hər iki komandanın oyunları gözlənilməz nəticələrlə qurtarır. “Yuventus” cərimələrin cəngindən qurtula bilmir. “Milan”da stabil çıxış etmir. Hər iki kollektivə qələbə lazımdır. Belə olan halda ən doğru proqnoz qol-qoldur.

“Verona” – “Empoli” 1

Seriya “A”da çempionatın sonuna 2 tur qalıb. Hər komanda öz problemlərini qaydasına qoymaq istəyir. Ev sahibi təhlükəli zonadan canını qurtarmaq üçün çalışır. “Empoli”son turda 4-1 “Yuventus” üzərində qələbə qazanıb yerini möhkəmlətdi. Doğma meydanda pis təsir bağışlamayan “Verona”qələbə qazanmağa qadirdir.

“Utrex” – “Emmen” 1

Hollandiya çempionatında son tur keçirilir. Bütün məqsədlər tamamlanmalıdır. “Utrex” 33 oyundan sonra 51 xalla 7-ci pillədədir. “Emmen”isə 33 oyundan sonra 28 xalla 16-cı yerdədir. Təhlükəli zonanı tərk edə bilmir. Belə olan halda ev sahibi çempionatı qələbə ilə başa vuracaq.

Mr. X

Əvvəlki yazı

Günün kuponu – 28.05.2023

Növbəti yazı

De Dzerbi “Tottenhem”ə “yox” dedi