Sürpriz kupon – 28.04.2023

Sürpriz kupon – 28.04.2023

“Leççe” – “Udineze” 1
“Leççe” A seriyasında qalmaq üçün son turlarda xal ehtiyatını artırmalıdır. Amma “sarı-göylər” 8 oyundur qələbə qazana bilmirlər.
“Udineze”nin aşağı düşmək təhlükəsi yoxdur, eləcə də avrokuboklara vəsiqə qazanmaq şansları da demək olar ki, itib.
“Leççe” sensasiya edib, bu oyunu qalib başa vura bilər.

“Bohum” – “Borussiya” X
“Borussiya” “Bayern”in qeyri-stabil oynamasından istifadə edərək, bu mövsüm çempion ola bilər.
Dortmund klubu əsas rəqibini hazırda 1 xal qabaqlayır.
“Bohum”u isə təhlükəli zonadan 2 xal ayırır. Komanda ötən tur öz meydanında “Volfsburq”a darmadağın oldu – 1:5.
“Borussiya” son turda “Ayntraxt”ın qapısından 4 cavabsız top keçirdi.
Sürpriz kuponda bu cür risklərə getmək olar.

“Rasinq” – “İbiza” QOL/QOL
Hər iki komandaya qələbə lazımdır. “Rasinq”in vəziyyəti rəqibinə nisbətən yaxşıdır. “İbiza” bu mövsüm Sequndanı tərk edə bilər.
“İbiza” son 3 oyunda uduzub. “Rasinq” isə son dörd matçda meydanı qol vurmadan tərk etməyib.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 28.04.2023

Növbəti yazı

“Bavariya”da ayrılıq