Sürpriz kupon – 28.03.2025

Sürpriz kupon – 28.03.2025

Leuven – Şarlerua – 2

“Altılıq sistemi” üzrə keçirilən Belçika yüksək liqasında final mərhələsi başlayır. Bu komandalar UEFA Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparır. Şarlerua səfərdə oynasa da, risk edərək onların qələbəsinə mərc edirəm.

Bodrumspor – Fənərbağça – qol/qol

Kubok matçları da daxil son 8 oyunda uduzmayan Bodrumsporla matç Fənərbağça üçün asan olmayacaq. Qonaqlar qələbə qazansa belə, Bodrum klubunun evdə azı 1 qol vuracağını təxmin edirəm.

Strasburq – Lion – qol/qol

Liqa-1-də turnir cədvəlində qonşu komandaların dueli. Hər iki komanda son oyunlarda uğurlu qrafik cızır. Tərəflərin öz aralarındakı görüşlərin əksəri qarşılıqlı qollarla keçib. Bu matçda da hər iki komandanın qol vuracağını düşünürəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 28.03.2025

Növbəti yazı

“Bayer” Taya əvəzləyici tapdı