Sürpriz kupon – 28.03.2023

Sürpriz kupon – 28.03.2023

İsveçrə – İsrail – Q/Q

İsveçrə seçmə mərhələyə qələbə ilə başlayıb. İlk oyunda Belarusa 5-0 hesabı ilə qalib gəlib. Qonaqlar isə ilk oyunda 1 xalla kifayətlənib. Maraqlıdır ki, bu komandaların son 4 görüşündə qalib olmayıb.

Türkiyə – Xorvatiya – Q/Q

Qonaqların ilk oyunda xal itirməsi meydan sahiblərinə çətin anlar yaşadacaq. Hərçənd Türkiyə xorvatlar üçün uğursuz rəqib sayılır. Son 5 oyundan yalnız birində Xorvatiya qalib gəlib, birində ay-ulduzlular qələbəyə sevinib. Üç oyunda heç-heçə qeydə alınıb.

Uels – Latviya – 1-ci hissə cüt şans 12

Xorvatiya ilə heç-heçə oynayan Uels ilk qələbəsini qazanmaq niyyətindədir. Üstəlik evdə oynaması ona əlavə stimul verir. Latviyanın asanlıqla təslim olmayacağı dəqiqdir. Fikrimcə ilk hissədə Uesl hesabda üstünlük qazanacaq.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 28.03.2023

Növbəti yazı

Neto “Bornmut”da qaldı