Sürpriz kupon – 28.01.2026
Liverpul – Qarabağ QOL/QOL
“Bizə bircə xal lazımdı!” – yoldaş Gülümsərovun “Ulduz” filmində zərb məsələ çevrilmiş bu sözləri indi tam yerinə düşür.
“Qarabağ” “Bitlz”ın vətənində sensasiya etməyi bacarsa, pley-offa vəsiqəni təmin etmək üçün başqa oyunların nəticələrini gözləməyə ehtiyac qalmayacaq və Azərbaycan futbol tarixinə möhtəşəm səhifə yazılacaq.
Bu qarşılaşmadan sonra “Liverpul” Arne Slotu istefaya göndərə bilər.
Rəqibin ad-sanına, milyardlıq heyətinə baxmayaraq, Qurban Qurbanovun komandanısının xarakterini və hücum potensialını nəzərə alıb qarşılıqlı qolların olacağına mərc edirəm.
Ayntraxt – Tottenhem 2
Hazırda 5-ci yerdə olan “Tottenhem” “Qarabağ”ın növbəti mərhələ ümidini kəsdiyi “Ayntraxt”la səfərdə qarşılaşacaq.
Frankfurtlular Bakıda şokdan ayılmayıb. Üç gün əvvəl doğma meydanda “Hoffenhaym”a məğlubiyyət bunun sübutudu.
“Ayntraxt”a Çempionlar Liqasında xal lazım olmadığını da nəzərə almaqla qonaqların qələbə şanslarını daha yüksək dəyərləndirirəm.
Benfika – Real Madrid 2
“Benfika” növbəti mərhələyə yüksəlmək şanslarını demək olar ki, itirib.
“Real Madrid” hazırda 3-cü yerdə olsa da, turnir cədvəlindəki sıxlığı nəzərə alsaq, qələbə qazanmalıdı.
Zənnimcə, “kral klubu” bu tapşırığın öhdəsindən gələcək.












