Sürpriz kupon – 27.11.2025

Sürpriz kupon – 27.11.2025

Viktoriya Plzen – Frayburq 2

Viktoriya Plzen evdə nə qədər güclü görünsə də, Frayburqla səviyyə fərqi ortadadır. Almaniya klubu kağız üzərində favoritdir. Əslində onların Plzendə qazanacağı qələbə sürpriz olmamalıdır. Məncə, risk etməyə dəyər.

Siqma Olomlouk – NK Çelye 2

Ötən avrokubok mövsümünün sürpiz komandalarından olan Çelye bu il də uğurlu çıxışı ilə diqqət çəkir. 3 turda 3 qələbə qazanmış sloveniyalılar yenə 3 xalı hədəfləyirlər. Çətin olacağı dəqiqdir. Amma mümkündür. Sürpriz kuponda mərc etmək olar.

Zrinyski Mostar – Haken 1

Zrinyski 3 turda yeganə qələbəsini evdə qazanıb. Haken isə çox zəif çıxış edir. İsveç təmsilçisi ilə görüş bosniyalılar üçün əla fürsətdir. Çılğınlığı ilə seçilən Zrinyski azarkeşlərinin 12-ci oyunçu olacağına əminəm. Məncə bu azarkeş dəstəyinin sayəsində Hakeni məğlub etmək olar.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 27.11.2025

Növbəti yazı

XIII turun təyinatları açıqlandı