Sürpriz kupon – 27.11.2024

Sürpriz kupon – 27.11.2024

Monako – Benfika – cüt şans x2

Monako Çempionlar Liqasında 4 oyundan 10 xal toplayıb. “Benfika”nın hesabında isə 6 xal var. Mövcud vəziyyətə görə fransızlar matçın favoriti hesab olunsa da, fikrimcə Benfika bu görüşdə uduzmayacaq.

Aston Villa – Yuventus – cüt şans x2

Aston Villanın oyununda eniş var. Komanda bütün turnirlər nəzərə alınmaqla ardıcıl 6 oyundur qələbəyə həsrətdir. Yuventus isə A seriyasında uduzmayan tək komandadır. Fikrimcə, Turin klubu İngiltərədən azı 1 xalla dönəcək.

Liverpul – Real Madrid – 2

Liverpul oyunun favoriti sayılır. Amma unutmayaq ki, 2009-cu ildən bu yana Real Madrid bu komandaya uduzmur. Son 15 ildə tərəflər arasında keçirilən 8 oyundan yalnız birində heç-heçə qeydə alınıb. Qalan 7 matçı Real qazanıb. Məncə, bu dəfə də sevinən tərəf madridlilər olacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 27.11.2024

Növbəti yazı

“Mançester Yunayted”in Xviça planı