Sürpriz kupon – 27.10.2024

Sürpriz kupon – 27.10.2024

Bohum – Bayern Münhen 1-ci hissə qol cəmi – 1,5 ÜST

4 gün əvvəl Çempionlar Liqasında “Barselona”dan ağır məğlubiyyət (1:4) alan münhenlilərin bunu acığını “zavallı” “Bohum”dan çıxacağını gözləyirəm. Bu komandaların 2007-ci ildən bu yana butün görüşlərində azı 3 qol vurulub. Yenə məhsuldar oyun gözləyirəm və artıq ilk hissədə azı 2 qolun vurulacağını təxmin edirəm.

Haydenhaym – Hoffenhaym QOL/QOL

Bundesliqada son 2 turda uduzan “Haydenhaym”ın ardıcıl 3-cü məğlubiyyətə yol verəcəyini düşünmürəm. “Hoffenhaym” isə autsayderlərdən uzaqlaşmaq üçün xallar qazanmalıdır. Belə oyunlar üçün qarşılıqlı qol ən uyğun variantlardan biridir.

Sabah – Neftçi – QOL/QOL

Samir Abasovun baş məşqçi postuna gəlməsi ilə ötən həftə mövsümdə ilk qələbəsini qazanan “Neftçi”də əhval-ruhiyyə müsbətə doğru dəyişib. Komandanın “Sabah”a qarşı var gücü ilə mübarizə aparacağını gözləmək olar. İddialı Sabahın da xala çox ehtiyacı olduğundan qarşılıqlı qollara mərc etmək olar.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 27.10.2024

Növbəti yazı

Pedri “Barselona”da qalacaq