Sürpriz kupon – 27.08.2024
Malyorka – Sevilya X
Hər iki komanda mövsümə pis başlayıb. İlk 2 turda qələbəyə həsrət komandaların görüşündə tərəflərin risk etməyəcəyini ehtimal edirəm. Odur ki, bu görüşün heç-heçə başa çatacağı qənaətindəyəm.
Qalatasaray – Yanq Boys 1-ci hissə qol cəmi 1,5 ÜST
Zənnimcə Qalatasaray ilk saniyələrdən təzyiq edəcək və fasiləyə qədər ümumi hesabda geriləməni aradan qaldırmaq üçün çalışacaq. Məncə onlar bunu bacaracaqlar. İlk hissədə ən azı 2 top vurulacağını düşünürəm.
Rayo Valyekano – Barselona 3,5 ÜST
İlk 2 turda 100 faizlik nəticə göstərən Barselona Valyekano səfərinə də qələbə üçün gedir. Amma bu çətin olacaq. Məncə bizi açıq oyun gözləyir. Həm meydan sahiblərinin, həm də Barsanın qol vuracağına inanıram. Özü də ikidən daha çox. Sürpriz kupon olduğunu nəzərə alaraq, 3,5 üst mərcinə risk etməyə dəyər.