Sürpriz kupon – 27.05.2025

Sürpriz kupon – 27.05.2025

Ayntraxt Braunşveyq – Saarbrüken 1

İkinci Bundesiliqada oynamaq üçün keçiriləcək pley-off oyununda meydan sahiblərinin qələbə şanslarını daha yüksək dəyərləndirmək olar. “Ayntraxt Braunşveyq” ilk qarşılaşmada səfərdə 2:0 hesablı qələbə qazanıb. Braunşveyqlilər azarkeşlərinin önündə bu üstünlüyü daha da artırmaq potensialındadılar.

River Pleyt – Universitario QOL/QOL

“River Pleyt” oyunun aşkar favoritidi. Marselo Qalyardonun komandası əla formadadı.
Sürpriz kuponda bir qədər risk edib Peru çempionatının liderinin ən azı bir qol vuracağına və qarşılıqlı qollar olacağına mərc edə bilərik.

Urakan – Korintians ALT 2.5

Hər iki komanda məhsuldarlığı ilə seçilmir. “Urakan”ın son 3 oyunda 1 qol vurulub. “Korintians” isə son 4 oyunda 3 dəfə 1:0 hesablı qələbə qazanıb, “Atletiko Mineyro” ilə son matçlarında isə qapılara qol vurulmayıb. Bu dəfə də çox qol olmayacağına mərc edə bilərik.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 27.05.2025

Növbəti yazı

Qadın yığmamız 1/4 finalda