Sürpriz kupon – 27.05.2024

Sürpriz kupon – 27.05.2024

Norçöpinq – Varnamö 2.5 ÜST

İsveç çempionatında hər iki komanda 10 oyunda 11 xal toplayıb. “Norçöpinq” qapısında ən çox qol izləyən komandalar sırasındadır. Meydan sahiblərinin heyətlə bağlı problemləri həll olunmayıb. İki əsas futbolçu zədə səbəbindən matçda olmayacaq. Daha üç futbolçunun oynaması sual altındadır.Bu dueldə “Varnamo”nun inamlı qələbəsinə inanıram.

AİK Stokholm – Göteborq QOL/QOL

İsveç çempionatının növbəti turunda qeyri-stabil oyun nümayiş etdirən iki komanda üz-üzə gələcək. Qələbə hər iki komandanın irəliləməsi üçün çox vacibdir. Altı əsas futbolçunun oynamayacağı “Stokholm”un şanslarını yüksək qiymətləndirmirəm. Bununla belə qol-qol və ya 2.5 Üst seçiminin real olacağını düşünürəm.

Slaviya Sofiya – ÇSKA 1948 QOL/QOL

Bolqarıstan çempionatında UEFA Konfrans Liqasına vəsiqə uğrunda mübarizə gedir. “ÇSKA”nın heyət baxımından rəqibdən üstün olduğunu unutmayaq. Oyuna gəldikdə, sürpriz nəticənin qeydə alınması istisna deyil. Avrokuboklar baxımından vacib oyunda hər iki tərəfin fərqlənəcəyinə mərc gəlmək doğru olar.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 27.05.2024

Növbəti yazı

Premyer Liqada məhsuldar heç-heçə