Sürpriz kupon – 27.04.2023

Sürpriz kupon – 27.04.2023

“Everton” – “Nyukasl” Nyukasl qələbə və hər iki komanda qol vuracaq

İngiltərə çempionatında 33-cü tur. “Nyukasl” ilk dördlükdə möhkəmlənməyə çalışdığı halda “Everton” autsayderlər qrupundan xilas olmağa çalışır. 47 gün qələbəyə həsrət olan londonlular son turlar xal paylamaqla məşğuldu. “Nyukasl” isə ötən tur “Tottenhem” üzərində 6-1 hesablı qələbənin təsiri altındadır. 

“Sautqempton” – “Bornmut” ÜST2.5

Hər iki komandanın vəziyyəti qənaətbəxş sayılmır. Qonaqlar premyer liqada qalacağını böyük ölçüdə həll edib. “Sautqempton” isə aşkar autsayderdir. Xalını artırmayacağı halda meydan sahibləri son pillədə yerini möhkəmlədəcək. 

“Tottenhem” – “Mançester Yunayted”  MY qələbə qazanacaq və QOL/QOL

Ötən tur acınacaqlı məğlubiyyətə uğrayan “Tottenhem” (1-6) son matçda biletlərin pulunu azarkeşlərə qaytarmaq barədə qərar qəbul edib. Üstəlik baş məşqçi Kristian Stellini istefaya göndərilib. Londonluları “qırmızı şeytanlar”dan 6 xal ayırır. Maraqlıdır ki, Mançester klubu son üç ildə bu rəqibə uduzmayıb.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 27.04.2023

Növbəti yazı

“Mançester Siti”də ciddi itki